Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 13 fevral 2018-ci il tarixində FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Beyləqan rayon Araz qəsəbə tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin sözügedən sahədəki biliklərinin daha da təkmilləşdirilməsi olmuşdur.

Toplantıda fövqəladə hallarla bağlı məlumat verilmiş, “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə civə dağılmaları”“Hidrodinamik qəzalar”, “Əyində geyim yanarkən davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında məruzələr edilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır. Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunmuş, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış materiallar paylanmışdır.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əlincə qalasına yürüş təşkil etmişdir

16 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının bir qrup komitə sədrləri Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə cəsarət, möhkəm iradə və sarsılmazlığın rəmzinə çevrilən, 1800 metr yüksəklikdə yerləşən Əlincəqalaya yürüş təşkil......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 17-dən 19-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Yevlax, Ucar və Tərtər rayonlarında  yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət tərəfindən bu məqsədlə hazırlanmış yaddaş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Göyçay rayon Suvarma sistemləri idarəsinin kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu