Geri

DYMX Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yanğın təhlükəsizliyinə dair tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 7 fevral 2018-ci il tarixində Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirmişdir.   

Əvvəlcə, zavodun rəhbər və mühəndis heyəti ilə birlikdə obyektin ümumi ərazisinin, istehsalat sahələrinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair vəziyyəti oyrənilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Texniki baxışdan sonra müəssisənin mühəndis və texniki işçiləri üçün “Neft sənayesinin yanğın təhlükəsizliyi: ərazi, bina və avadanlıqlara olan tələblər” mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir. Seminar iştirakçılarına yanğın təhlükəsizliyinə dair tələblər haqqında ətraflı məlumat verilmişdir. Həmçinin zavod əməkdaşlarının sözügedən məsələlərlə bağlı təlimatlandırılmasının vacibliyi qeyd olunaraq müvafiq tövsiyələr verilmişdir. Toplantıda texniki təhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, "Neft, qaz və neft - kimya sənayesində təhlükəsizlik Qaydaları” üzrə biliklərin yoxlanılması, “Yanğın təhlükəsizliyi qaydaları”na əməl olunmasının zəruriliyi də diqqətə çatdırılmışdır.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydası haqqında ətraflı məlumat verilmiş, odsöndürən balonlardan istifadə olunma qaydası əyani şəkildə nümayiş etdirilmişdir.  

Digər məlumatlar

FHN-in regional mərkəzlərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir

25 may 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı, Sumqayıt, Gəncə, Şimal, Şimal-qərb, Qarabağ və Cənub regional mərkəzlərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 25 may 2018-ci il tarixində Tovuz şəhəri Nəsrəddin Tusi adına tam orta məktəb-liseydə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 25 may 2018-ci il tarixində Nazirliyin Bakı Regional Mərkəzi ilə birgə “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirmişdir. ...

Ardını oxu