Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 12 yanvar 2018-ci il tarixində Ağdaş şəhər Nizami adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları kimi mövzularında biliklərin aşılanması olmuşdur.

Toplantıda Aran Regional Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın”, “Dəm qazı təhlükəsi” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmişdir. Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilmiş və hər təqdimatdan sonra mətnə aid videoçarxlar nümayiş olunmuşdur. Bundan başqa, odsöndürücü balonlardan istifadə qaydaları tədbir iştirakçılarına əyani nümayiş etdirilmişdir.

Toplantının sonunda videoçarxlar nümayiş olunmuş, iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanılmış və suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 23 yanvar 2018-ci il tarixində FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Bərdə rayonu Mehdili kənd...

Ardını oxu

FHN Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN Bakı Regional Mərkəzi 23 yanvar 2018-ci il tarixində Nəsimi rayonundakı 164 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in qurumlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 20 Yanvar faciəsinin  28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu