Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 10 yanvar 2018-ci il tarixində Abşeron rayonu M.Adıgözəlov adına Xırdalan 4 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi olmuşdur.

Toplantıda FHN-in Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsiz qaydaları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunmuşdur. 

Sonda suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 18 sentyabr 2018-ci il tarixində Beyləqan rayon “Yeni Xocavənd” qəsəbəsində yerləşən Xocavənd rayon Kuropatkin kənd Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə kursları təşkil etmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 3-13 sentyabr 2018-ci il tarixlərində regionu əhatə edən şəhər və rayonlarda  ümumtəhsil müəssisələrinin mülki müdafiəni tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirmişdir. ...

Ardını oxu

Cənub Regional Mərkəzi mülki müdafiəni tədris edən sinif rəhbərləri üçün kurslar keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 4-13 sentyabr 2018-ci il tarixlərində Mərkəzin əhatə etdiyi ərazi üzrə müvafiq rayonların ümumtəhsil orta məktəblərində və onlara bərabər tutulan təhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar təşkil etmişdir.  ...

Ardını oxu