Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat xarakterli növbəti tədbiri 6 dekabr 2017-ci il tarixində paytaxtın Sabunçu rayonunda yerləşən Şuşa rayon Malıbəyli kənd orta məktəbində keçirmişdir.  

Tədbirdə “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin” adlı slayd təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilmiş, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyyə) planlarının və hər bir otaq üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (su hovuzları, su kəmərləri, su çənləri, su hidrantları) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunmuşdur.

Maarifləndirici söhbətlərdə qaz və elektrik təsərrüfatında təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, onların istifadəsinin uşaqlara həvalə edilməsi, tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmaması, standartlara uyğun olmayan qaz və elektrik cihazlarından istifadə olunması, əsas və ehtiyat çıxışların, keçidlərin əşyalarla, qurğularla tutulması, tamburlarda və pilləkən qəfəslərində anbar tikmək, eləcə də əşyaların saxlanılmasının, pəncərələrdə dəmir barmaqlıqların quraşdırılmasının qadağan olması, hər yerdə təmizliyə riayət olunması tədbir iştirakçılarının diqqətinə  çatdırılmışdır.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”,   “Yanğın zamanı davranış qaydaları”, “Hər bir məktəbli yanğın təhlükəsizliyi qaydalarını bilməli və ona əməl etməlidir” mövzularında yaddaş vərəqələri, bukletlər və “İnzibati binaların yanğın təhlükəsizliyi”, “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçaları tədbir iştirakçılarına paylanmışdır. 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi tədbir keçirmişdir

14 dekabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhər Tibb kollecində Fövqəladə Hallar Nazirliyinin yaranmasının 12 illiyinə həsr olunmuş “Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu” mövzusunda tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 dekabr 2017-ci il tarixində Abşeron rayonu, Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi müşavirə keçirmişdir

Muğan Regional Mərkəzi 13 dekabr 2017-ci il tarixində dislokasiya ərazisində fəaliyyət göstərən nazirliyin digər qurumlarının iştirakı ilə Neftçala rayon İcra Hakimiyyətində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Mərkəz ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və gücləndirilməsi” mövzusunda......

Ardını oxu