Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 6 dekabr 2017-ci il tarixində İmişli rayonu 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı vərdiş və biliklərə yiyələnməsi məqsədi daşıyan tədbirdə Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti”nin funksiyasına dair məlumatlar vermişlər. Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları da diqqətə çatdırılmışdır. Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 18 may 2018-ci il tarixində Şabran rayonunun Meşə mühafizə və bərpası müəssisəsində rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti müşavirə keçirmişdir

18 may 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı Regional Mərkəzi ilə birgə “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğn Nəzarəti Xidməti 18 may 2018-ci il tarixində növbəti maarifləndirmə tədbirini paytaxtın Xətai prospekti 38 ünvanında yerləşən Bank VTB (Azərbaycan) ASC-də aparmışdır....

Ardını oxu