Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 6 dekabr 2017-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Zərdab rayonu 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, mənzildə yanğın zamanı hərəkət qaydaları, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları kimi mövzularla bağlı biliklərin  aşılanması olmuşdur.

Tədbirdə FHN-in Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Məişətdə yanğın”, “Dəm qazı təhlükəsi”  və “112” qaynar xətti” mövzularında məlumatlar verilmişdir. Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilmiş, videoçarxlarla izah edilmişdir, odsöndürən balonlardan istifadə qaydaları tədbir iştirakçılarına əyani nümayiş etdirilmişdir.

Sonda iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanılmış və suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 13 iyul 2018-ci il tarixində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabit heyəti, o cümlədən yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri üçün yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirmişdir. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 13 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər Telekommunikasiya Qovşağının kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 10-dan 12-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Biləsuvar, Neftçala və Salyan rayonlarında yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət tərəfindən bu məqsədlə hazırlanmış yaddaş......

Ardını oxu