Geri

FHN-in Maddi-Texniki Təchizat İdarəsi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

13 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək hesabat-seçki konfransının işini açıq elan etmiş, rəhbərlik etdiyi ittifaq və görülmüş işlər haqqında məlumat vermişdir. Sonra Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Esmira Vəliyeva hesabat məruzəsi ilə çıxış etmişdir. O bildirmişdir ki, komitə hesabat dövrü ərzində öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrinin üzvlər arasında təbliğ edilməsi əsasında qurmuşdur.

Daha sonra Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin rəisi Amal Teymurov çıxış edərək komitə üzvlərinin asudə vaxtlarını səmərəli keçirməsinə, səhhətində problem yaranmış işçilərin sağlamlığının təmin olunması məqsədilə ixtisaslaşmış sanatoriyalara yollayışların verilməsinə, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların edilməsinə, xidmət vaxtı xüsusi fərqlənən və yubiley yaşları tamam olan üzvlərin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılması kimi işlərə görə təşəkkürünü bildirmişdir.

Konfransda Esmira Vəliyeva yenidən Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.

Hesabat-seçki konfransı bitdikdən sonra Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin yubiley yaşı olan 5 əməkdaşı fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 sentyabr 2018-ci il tarixində SOCAR-ın “Azərikimiya” İstehsalat Birliyinin təmir tikinti idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə 19 sentyabr 2018-ci il tarixində  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Quba şəhər 2 saylı orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu