Geri

FHN-in Muğan Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 11 oktyabr 2017-ci il tarixində dislokasiya ərazisində fəaliyyət göstərən nazirliyin digər qurumlarının iştirakı ilə Salyan rayon İcra Hakimiyyətində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Mərkəzlə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və gücləndirilməsi” mövzusunda rayon müşavirəsi keçirmişdir. Müşavirədə icra hakimiyyətinin rəhbər işçiləri, Salyan rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Salyan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin əməkdaşları iştirak etmişlər.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən Nazirliyin respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü uğurlu işlər, Muğan Regional Mərkəzin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumatlar verilmişdir. İcra sturukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd edilərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin aparılmasının vacibliyi vurğulanmışdır.

Daha sonra Muğan Regional Mərkəzin monitorinq qruplarının Salyan rayon ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilmiş, yaranmış problemlər diqqətə çatdırılmışdır.

Yekunda mövcud problemlərin aradan qaldırılması istiqamətində edilən çıxışların və irəli sürülən tövsiyələrin rəhbər işçilər tərəfindən iş yerlərində bir daha müzakirə olunması, müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.

 

Digər məlumatlar

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 20 iyun 2018-ci il tarixində Neftçala rayonu Xolqaraqaşlı kənd sahə xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi dəyirmi masa keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 20 iyun 2018-ci il tarixində Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində fəaliyyət göstərən Laçın rayon İcra Hakimiyyətinin ictimai-siyasi orqanı olan "Laçın" qəzetinin redaksiyasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda dəyirmi masa keçirmişdir....

Ardını oxu

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu