Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 06 oktyabr 2017-ci il tarixində Goranboy rayonu 3 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının və məktəb kollektivinin iştirak etdikləri tədbirin məqsədi müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları mövzularında biliklərin aşılanması olmuşdur.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, Sel və daşqınlar zamanı davranış qaydaları”, “Od söndürücü balonlardan istifadə qaydaları, “Məişətdə yanğın və dəm qazı təhlükəsi”  və “112” qaynar xətti” mövzularında çıxışlar edilmişdir. Odsöndürən balonlardan istifadə qaydaları tədbir iştirakçılara əyani surətdə nümayiş etdirilmişdir.

Sonda mövzulara dair fotoslaydlar və videoçarxlar nümayiş olunmuş, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi tədbir keçirmişdir

20 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “GilanTexstil Park” MMC-də “Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, xilasetmə işinin təşkili zamanı peşəkarlığın artırılması və nəticələrin aradan qaldırılmasında Nazirliyin yerli qurumları ilə əlaqənin təşkili” mövzusunda tədbir keçirmişdir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

19 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 oktyabr 2017-ci il tarixində Xızı rayonu Yeni Yaşma Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Sumqayıt Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu