Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış sektorunda yanğına qarşı təbliğat işlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 5 oktyabr 2017-ci il tarixində paytaxtın Yasamal və Nəsimi rayonlarının yaşayış binalarındakı mənzillərdə sakinlər arasında maarifləndirmə işləri aparmışdır. Xidmətin əməkdaşları sakinlərə mənzilləri işıqlandırmaq məqsədilə açıq alovdan (şam, məşəl) istifadə edilməsi, sobanın üzərində və yanında paltar qurudulması, kustar üsulla düzəldilmiş elektrik avadanlıqlarından və elektrik qızdırıcı cihazlarından istifadə edilməsi, bacalarda və çardaqlarda tez alışan əşya və məişət qaz balonlarının saxlanması, qaz balonlarından və nasaz qaz cihazlarından istifadə olunması zamanı yarana biləcək təhlükələr barədə məlumat vermişlər. Eyni zamanda payız-qış mövsümü ilə əlaqədar tüstü bacaların təmizlənməsinin, mənzildən çıxarkən elektrik avadanlığının şəbəkədən ayrılmasının və qaz cihazlarının söndürülməsinin vacibliyi diqqətə çatdırılmışdır. Sakinlərə “Vətəndaşların nəzərinə”, “Mənzildə yanğın zamanı davranış qaydaları” adlı yaddaş vərəqələri də paylanmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzərəti Xidməti iri ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlərini davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti aprel ayıın 25-də FHN-in Sumqayıt Regional Mərkəzi ilə birgə “Sumqayıt”, “Karvan”, “Cavid”, “Xəlifə” və “Səfərli” ticarət mərkəzlərinin, “Jalə-94” firmasının, “Vicdan-1” MMC-nin (avtomobil bazarı), “Qayalı”, “Fəxri”, “Pioner” və “Qobustan” istehsalat ticarət mərkəzlərinin, “Qalatasaray” Səbuni-10” firmasının və digər ticarət mərkəzlərinin rəhbərləri......

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Saatlı rayonu, 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Xızı rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu