Geri

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 sentyabr 2017-ci il tarixində Abşeron rayonu Goradil Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Sumqayıt Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Goradil Bələdiyyəsinin əməkdaşları iştirak etmişdir.

“Dəyirmi masa”da FHN Sumqayıt Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlərdən söz açılmışdır.

Tədbirdə çıxış edənlər fövqəladə hallar orqanları ilə bələdiyyələrin mümkün əməkdaşlıq sahələri barədə məlumat vermiş və fövqəladə halların nəticələrini aradan qaldırmaqla yanaşı, qarşısının vaxt;nda alınmasında birgə çalışmağın daha faydalı olduğunu diqqətə çatdırmışlar.

Toplantıda FHN Sumqayıt Regional Mərkəzinin monitorinq qruplarının Abşeron rayonu Goradil kəndi ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunmuş, problemlər diqqətə çatdırılmışdır.

Sonda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərə, həmçinin ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirlərinə dair fikir mübadiləsi aparılmışdır.

Sonda suallar cavablandırmış, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanmışdır.

Digər məlumatlar

Füzuli rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir

FHN Qarabağ Regional Mərkəzi 22 iyun 2018-ci il tarixində Füzuli rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

22 iyun 2018-ci il tarixində  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı tədbirləri davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları 22 iyun 2018-ci il tarixində Xətai rayonunun Əhmədli qəsəbəsində və Xudu Məmmədov küçəsi 6 ünvanında yaşayan sakinlərlə görüş keçirmişlər. Sakinlərə yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması məqsədilə təşkil edilən tədbir “Mənzillərdə yanğın təhlükəsizliyi” mövzusunda keçirilmişdir. Görüşdə yanğın təhlükəsizliyinə dair söhbətlər aparılmış, suallar......

Ardını oxu