Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

12 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

İlk olaraq Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək hesabat-seçki konfransının işini açıq elan etmiş, rəhbərlik etdiyi ittifaq və görülmüş işlər haqqında məlumat vermişdir.

Mehman İsmayılov çıxışı zamanı komitə üzvlərinə iş zamanı əməyin texniki təhlükəsizliyi qaydalarına əməl etmələri barədə öz tövsiyyələrini vermiş, DYMX əməkdaşlarının əməyini yüksək qiymətləndirmiş, son günlər Qəbələ rayonu ərazisində və qonşu Gürcüstan respublikasında baş vermiş meşə yanğınlarının söndürülməsində göstərdikləri peşəkarlığı yüksək dəyərləndirmiş və çıxışının sonunda konfransın işinə uğurlar arzulamışdır.

Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki  Rasim Kərimovun  geniş hesabat məruzəsi dinlənilmişdir.

Natiq bildirmişdir ki, hesabat dövrü Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsi fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrini üzvlər arasında təbliğ edilməsi əsasında qurmuşdur. Həmçinin, komitə tarixi və əlamətdar günlərin, ictimai-siyasi bayramların, milli adət ənənələrimizin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi, işçilərin ad günlərinin keçirilməsi, sosial vəziyyətləri aşağı olan əməkdaşlara maddi və mənəvi köməklik göstərilməsi, işçilərin sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsində bütün səy və bacarığını əsirgəməmişdir.

Konfransın sonunda, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov çıxış edərək, həmkarlar ittifaqının zəruriliyi barədə söhbət açmışdır.

Konfransda Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Rasim Kərimov yenidən sədr seçilmişdir.

Digər məlumatlar

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Saatlı rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Azərbaycan FHN-in və Avstriyanın Federal Daxili İşlər Nazirliyinin Qəbələdə keçirdiyi növbəti birgə təlimlər başa çatmışdır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlıq çərçivəsində yanvarın 5-dən başlamış xizəksürmə texnikası və qar uçqunlarında axtarış-xilasetmə üzrə növbəti təlimlər yanvarın 14-də başa çatmışdır....

Ardını oxu