Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

12 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-in yerli strukturlarının əməkdaşları ilə birgə Ağcabədi şəhər Uşaq Poliklinikasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində məqsəd səhiyyə işçilərinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaqdır. Müəssisənin rəhbər işçilərinin, həkim və tibb bacılarının qatıldığı tədbirdə Mərkəz əməkdaşları “Zəlzələ”, “Sel və daşqın”, “Əyində geyim yanarkən davranış qaydaları”, “101” və “112” qaynar xəttinə müraciət qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları” və “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında çıxışlar etmişlər.

Sonda suallar cavablandırılmış, iştirakçılara təbliğat materialları paylanmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Oktyabrın 16-da Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Bakı Biznez Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

16 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış sektorunda yanğına qarşı təbliğat işlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 6-12 oktyabr 2017-ci il tarixilərində paytaxtın Xətai, Nizami, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının yaşayış binalarındakı mənzillərdə sakinlər arasında maarifləndirmə işləri aparmışdır.  ...

Ardını oxu