Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 9 avqust 2017-ci il tarixində “Azərişıq” ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları və yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirmişdir. Tədbirdə müəssisənin kollektivi, Muğan Regional Mərkəzinin, Muğan Regional DYNİ-nin İmişli rayonu üzrə əməkdaşları və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Muğan Regional Müfəttişliyinin məsul işçiləri iştirak etmişlər.

Toplantının əsas məqsədi əhalinin təhlükəli hadisələrdən xəbərdar edilməsi, qorunması və qarşısının alınması istiqamətində tədbir iştirakçılarının diqqətinə müvafiq məlumatların çatdırılması olmuşdur.

Tədbirdə “112” qaynar xətti”, “Sel və daşqın”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsizlik qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Meşə yanğınları” və digər mövzular haqqında ətraflı məlumat verilmişdir.

Daha sonra qeyd edilən mövzulara dair videoçarxlar nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə 21 noyabr 2017-ci il tarixində Qax rayonu Zəyəm kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə məktəbin kollektivi......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 21 noyabr 2017-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran şəhər 10 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 21 noyabr 2017-ci il tarixində Bərdə rayonu Mirzəxan kənd  tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu