Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 16 iyun  2017-ci il tarixində Ağdaş şəhər Mərkəzi Kitabxanasının akt zalında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd əhalinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Toplantıda Aran Regional Mərkəzinin əməkdaşları, Ağdaş şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Çimərlikdə davranış qaydaları”, "Məişətdə yanğın. Meşə yanğınları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş etdirilmişdir. 

Sonda Nazirliyin hazırladığı məlumat kitabçaları iştirakçılara paylanmış, mövzulara dair suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 dekabr 2017-ci il tarixində Abşeron rayonu, Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi müşavirə keçirmişdir

Muğan Regional Mərkəzi 13 dekabr 2017-ci il tarixində dislokasiya ərazisində fəaliyyət göstərən nazirliyin digər qurumlarının iştirakı ilə Neftçala rayon İcra Hakimiyyətində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Mərkəz ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və gücləndirilməsi” mövzusunda......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 13 dekabr 2017-ci il tarixində Şabran şəhər 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu