Geri

FHN-in Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 may 2017-ci il tarixində FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “Su hövzələrində təhlükəsizliyin təşkil olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda şəhər müşavirəsi keçirmişdir.

Müşavirədə Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri, çimərliklərə məsul şəxslər iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov su hövzələrində insanların təhlükəsiz istirahətinin təmin olunmasının vacibliyini vurğulamışdır.

Keçirilən müşavirədə çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud olan problemlər, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görüləcək işlər müzakirə olunmuşdur.

Müşavirədə şəhər ərazisində olan çimərliklərdə keçirilən monitorinqin nəticələri və mövcud olan vəziyyət barədə tədbir iştirakçıları məlumatlandırılmış, mövcud problemlər təhlil olunmuşdur.

Daha sonra çıxış edən natiqlər “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti”, “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzularında ətraflı məlumat vermişlər.

Sonda su hövzələrində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

21 iyun 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayon Heydər Əliyev Mərkəzində “Cevik reaksiya vermə, qəza xilasetmə və digər təxirəsalınmaz  işlərin aparılması” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 iyun 2017-ci il tarixində Sumqayıt şəhər Qaz İstismar Sahəsində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 20 iyun 2017-ci il tarixində Oğuz rayon Təhsil Şöbəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir......

Ardını oxu