Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 may 2017-ci il tarixində Yevlax rayon Kövər kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə işi ilə bağlı biliklərinin artırılmasına, baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Toplantıda Aran Regional Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın”, “Meşə yanğınları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur.

Sonda mövzulara dair suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

24 may 2018-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 24 may 2018-ci il tarixində Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı beynəlxalq turnirdə gümüş medal qazanmışdır

16-20 may 2018-ci il tarixində Rusiya Federasiyasının Xabarovsk şəhərində K.Karatkov adına beynəlxalq boks turniri keçirilmişdir. ...

Ardını oxu