Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 18 may 2017-ci il tarixində Daşkəsən şəhər Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda FHN Gəncə Regional və Mülki Müdafiə şöbəsinin, həmçinin Daşkəsən Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olmuşdur.

Toplantıda dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunmuşdur.

Sonda şagirdlərin sualları cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 25 may 2017-ci il tarixində Astara Rayon İcra Hakimiyyəti başçısının Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda “dəyirmi masa” keçirmişdir....

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

25 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Beyləqan şəhəri F. Hacıyev adına 2 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə rayon birinciliyi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı, Nazirliyin aidiyyəti qurumları və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə qarşılıqlı fəaliyyət çərçivəsində 24 may 2017-ci il tarixində Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bazasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə rayon birinciliyi......

Ardını oxu