Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birlikdə Səbail rayonundakı 163 nömrəli orta məktəbdə “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirmişlər.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, təhsil müəssisəsinin binaları və otaqları  müvafiq qaydalara və normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır. Yanğın texnikalarını və ilkin odsöndürmə vasitələrini təyinatından başqa digər məqsədlər üçün istifadə etmək qadağandır. Odsöndürən balonların və digər yanğınsöndürmə vasitələrinin saxlanılmasına, daim istifadəyə yararlı vəziyyətdə olmasına gündəlik nəzarət olunmalıdır. Yanğın baş verərkən dərhal yanğından mühafizə xidmətinə məlumat verilməli, həmçinin, yanğın barədə  müəllim və şagirdlərə xəbər verilməsi üçün daxili radiotranslyasiya şəbəkəsindən, həyəcan zəngindən və digər səs siqnallarından istifadə edilməlidir. Yanğından mühafizə xidmətinin əməkdaşları gələnə qədər mövcud olan yanğınsöndürmə vasitələrindən istifadə etməklə yanğının mənbəyini söndürməyə çalışmaq lazımdır.

Sonda FHN-in “112” qaynar xətti və odsöndürən balonlardan istifadə qaydaları barədə məlumat verilmiş, kitabça və plakatlar paylanılmışdır.

Digər məlumatlar

FHN Xəzər Hövzə Qəza Xilasetmə Xidməti işçiləri Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

28 iyul 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti işçiləri Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “SOCAR”ın Neft Kəmərləri İdarəsində yanğın-taktiki təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 27 iyul 2017-ci il tarixində “SOCAR”ın Neft Kəmərləri İdarəsinin Dübəndi İstehsalat bölümünün 9 saylı çənlər parkında "Neft və neft məhsullarının saxlandığı çənlərdə baş vermiş yanğının söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirmişdir

26 iyul 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə “Körpü-bina-tikinti” MMC-nin Xırdalan İstehsalat bazasında “Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi və xilasetmə işinin təşkili zamanı peşəkarlığın artırılması” mövzusunda təlim keçirilmişdir. ...

Ardını oxu