Geri

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 aprel 2017-ci il tarixində Xızı rayonu Altıağac Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Sumqayıt Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Altıağac Bələdiyyəsinin əməkdaşları iştirak etmişdir.

“Dəyirmi masa”da FHN Sumqayıt Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlərdən söz açılmışdır.

Tədbirdə çıxış edənlər fövqəladə hallar orqanları ilə bələdiyyələrin mümkün əməkdaşlıq sahələri barədə məlumat vermiş və fövqəladə halların nəticələrini aradan qaldırmaqla yanaşı, qarşısının alınmasında birgə çalışmağın daha faydalı olduğunu diqqətə çatdırmışlar.

Toplantıda FHN Sumqayıt Regional Mərkəzinin monitorinq qruplarının Xızı rayonu Altıağac qəsəbəsi ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunmuş, problemlər diqqətə çatdırılmışdır.

Sonda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərə, həmçinin ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirlərinə dair fikir mübadiləsi aparılmışdır.

“Dəyirmi masa”da Mərkəzin əməkdaşları tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmış, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylamışlar.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbir keçirmişdir

20 aprel 2017-ci il tarixində Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı bölməsində yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir....

Ardını oxu

FHN İdman-sağlamlıq klubunun üzvləri qalib olmuşlar

Sumqayit Olimpiya Kompleksində 20 aprel 2017-ci il tarixində Kempo üzrə 7-ci Respublika çempionati keçirilmişdir. Çempionatda 12 komandadan 200-ə yaxın idmançı iştirak etmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birlikdə Səbail rayonundakı 163 nömrəli orta məktəbdə “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirmişlər. ...

Ardını oxu