Geri

FHN-in Bakı Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 20 aprel 2017-ci il tarixində Qaradağ rayonundakı 273 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçik Həcmli Gəmilər və Dövlət Sularda Xilasetmə xidmətlərinin əməkdaşları iştirak etmişdir.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Sonda şagirdlərin sualları ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində 28 May – Respublika Gününə həsr olunmuş tədbirlər keçirilmişdir

26 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı, Şimal, Cənub, Qarabağ regional mərkəzlərində Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü ilə bağlı tədbirlər keçirilmişdir....

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 26 may 2017-ci il tarixində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə Qusar şəhər Gənclər Evində “Su hövzələrində təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda rayon müşavirəsi keçirmişdir....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanılması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə 25 may 2017-ci il tarixində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl bölməsində yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir....

Ardını oxu