Geri

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında stolüstü tennis çempionatı keçirilmişdir

16-17 mart 2017-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə nazirliyin qurumları arasında stolüstü tennis çempionatı keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında təşkil edilən çempionata 19 komandadan 60-a yaxın idmançı qatılmışdır. “Dairəvi” sistem üzrə yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparmışlar.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), ikinci yeri Xüsusi Riskli Xiasetmə Xidməti (XRXX), üçüncü yeri isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) komandası tutmuşdur.

Şəxsi göstəricilərə görə birinci yerə Emil Britvin (Mülki müdafiə qoşunları), ikinci yerə Səfər Quliyev (Şimal-qərb Regional Mərkəzi), üçüncü yerə isə Faiq Nəcəfi (FHN Akademiyası) layiq görülmüşdür.

Sonda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalib gəlmiş idmançılara uğurlar arzulamış, hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir.  Komanda və şəxsi hesaba görə qalib gələn idmançılara kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

Digər məlumatlar

Gəncədə “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə 22 iyun 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirmişdir....

Ardını oxu

Füzuli rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir

FHN Qarabağ Regional Mərkəzi 22 iyun 2018-ci il tarixində Füzuli rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

22 iyun 2018-ci il tarixində  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu