Geri

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirmişdir

17 fevral 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Texnologiyalar Parkında “Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi və xilasetmə işinin təşkili zamanı peşəkarlığın artırılması” mövzusunda təlim keçirilmişdir.

Təlimə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Texnologiyalar Parkının qüvvə və vasitələri cəlb edilmişdir.

Təlimin keçirilməsində əsas məqsəd Sumqayıt Regional Mərkəzin əhatə etdiyi ərazidə potensial təhlükəli obyektlərdə baş verə biləcək fövqəladə hadisə zamanı çevik reaksiya verilməsi və nəticələrin vaxtında aradan qaldırılması işini təşkil etməkdən ibarət olmuşdur.

Təlim zamanı şərti olaraq Abşeron yarımadasının cənubunda yerləşən Torağay dağı yaxınlığında 7.5 bal gücündə baş vermiş zəlzələ nəticəsində Sumqayıt Texnologiyalar Parkında istehsalat qəzaları və partlayış baş vermiş, partlayış nəticəsində Parkın ərazisində yanğınlar və uçqunlar olmuş, çoxlu sayda insan xəsarət almışdır.

Hadisə barəsində məlumat alan zaman, Sumqayıt Texnologiyalar Parkının mülki müdafiə qüvvələri, Sumqayıt Regional Mərkəzinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunmuşdur. Yaradılmış qərargaha daxil olmuş məlumatlara əsasən dərhal xilasetmə və yanğınsöndürmə əməliyyatlarına başlanılmış, ciddi xəsarət almış şəxslərə isə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları yardım göstərmişlər.

Uğurla keçən təlimin sonunda təlimin gedişatı qiymətləndirilmiş, nöqsanlar araşdırılmış və bunların gələcəkdə aradan qaldırılması üçün təkliflər verilmişdir.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

21 fevral 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 21 fevral 2017-ci il tarixində Şabran rayonu Baş Əmirxanlı kənd orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Four Seasons Hotel Baku”da yanğın-taktiki təlim keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti  21 fevral 2017-ci il tarixində səhər saat 06:00-dan 07:30-dək Səbail rayonu, Neftçilər prospekti, 77/79 ünvanında yerləşən “Four Seasons Hotel Baku”da yanğın-taktiki təlim keçirəcəkdir. ...

Ardını oxu