Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti növbəti maarifləndirmə tədbirlərini 15 fevral  2017-ci il tarixində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində və Xətai rayonunda yerləşən Qafqaz Baku City Hotelində keçirmişdir.

Ticarət mərkəzinin rəhbərliyinin, işçi heyətinin iştirak etdiyi tədbirdə  yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılaraq qaz və elektrik təsərrüfatında  təhlükəsizlik qaydalarının pozulması, əsas və ehtiyat çıxışların, keçidlərin əşyalarla, qurğularla tutulması, tamburlarda və pilləkən qəfəslərində anbar tikmək, eləcə də əşyaların saxlanılmasının, hər yerdə təmizliyə riayət olunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmış, suallar cavablandırılmış, “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları”, “Qaz cihazlarından istifadə edərkən yanğın, partlayış, zəhərlənmə kimi fövqəladə hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl edin!” mövzusunda yaddaş vərəqələri paylanmış və “Ticarət müəssisələrinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası rəhbərliyə təqdim edilmişdir.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə nümayiş olunmuşdur.

Digər məlumatlar

Aran Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 17 mart  2017-ci il tarixində Ucar rayon 1 nömrəli tam orta məktəbində  “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Aran Regional Mərkəzi ilə yanaşı, Nazirliyin regionda yerləşən digər qurumlarının əməkdaşları, məktəbin müəllim və şagirdləri......

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 17 mart 2017-ci il tarixində Tovuz şəhər E.Məmmədov adına tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında stolüstü tennis çempionatı keçirilmişdir

16-17 mart 2017-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə nazirliyin qurumları arasında stolüstü tennis çempionatı keçirilmişdir. ...

Ardını oxu