Geri

Qəbələdə səmti müəyyənetmə idman növü üzrə Fövqəladə Hallar Nazirliyinin qurumları arasında çempionat keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 14-16 sentyabr 2015-ci il tarixlərində Qəbələ şəhərində nazirliyin yaradılmasının 10 illiyinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə nazirliyin qurumları arasında çempionat keçirilmişdir.

Yarışın açılış mərasimində çıxış edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev bildirmişdir ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyənetmə idman növü üzrə çempionatda 22 komandadan 100 idmançı iştirak edir.

Yarışdan əvvəl baş hakim tərəfindən püşkatma mərasimi, komanda nümayəndələrinin iclası, eləcə də idmançılar üçün seminar keçirilmişdir.

Qeyd edək ki, yarışın baş hakimi Zaur Seyidov, baş katibi Şəhriyar İsmayılov olmuşdur.

Üç gün davam edən yarışda iştirakçılar komanda birinciliyi ilə yanaşı, şəxsi birincilik üzrə də bacarıqlarını nümayiş etdirmişdir.

Komanda və şəxsi yarışlar iki mərhələdə - qısa və uzun məsafədə keçirilmişdir.

Şəxsi hesabda kişilər arasında çempionatın qalibi adını FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı Müvəssil Allahverdiyev, ikinci yeri Muğan Regional Mərkəzinin əməkdaşı Pərvin Məmmədov, üçüncü yeri isə Qarabağ Regional Mərkəzinin əməkdaşı Elçin Qəhrəmanov tutmuşdur.

Qadınlar arasında I yerə Sevda Verdiyeva (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi), II yerə Arzu Eyvazova (Xüsusi Riskli Xilasetmə Xidməti), III yerə Azadə Məmmədova (Muğan Regional Mərkəzi) layiq görülmüşdür.

Komanda hesabında birinci yeri Dövlət Sularda Xilasetmə Xidməti, ikinci yeri Xüsusi Riskli Xilasetmə Xidməti, üçüncü yeri isə Qarabağ Regional Mərkəzi  tutmuşdur.

Sonda FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim etmişlər.

Qeyd edək ki, Səmti müəyyənetmə federasiyasının prezidenti Mirəli Kazımov və qurumun idarə heyətinin üzvü Xəyyam Məmmədov çempionatda qonaq qismində iştirak etmişdir.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti iri ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti aprel ayıının 25-də FHN-in Sumqayıt Regional Mərkəzi ilə birgə “Sumqayıt”, “Karvan”, “Cavid”, “Xəlifə” və “Səfərli” ticarət mərkəzlərinin, “Jalə-94” firmasının, “Vicdan-1” MMC-nin (avtomobil bazarı), “Qayalı”, “Fəxri”, “Pioner” və “Qobustan” istehsalat ticarət mərkəzlərinin, “Qalatasaray” Səbuni-10” firmasının və digər ticarət mərkəzlərinin rəhbərləri......

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Saatlı rayonu, 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Xızı rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu