Geri

FHN-in qurumları arasında şahmat üzrə çempionat keçirilib

27-31 yanvar 2020-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzi və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 17 komandadan 70-ə yaxın əməkdaş iştirak edib.

Beynəlxalq dərəcəli baş hakim Leyla Sarıyevanın idarə etdiyi turnirdə yığılan xalların ümumi miqdarına görə qalib komandalar və şəxslər müəyyən olunub.

Komanda hesabında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayaraq birinci olub. Çempionatda ikinci yerə Dövlət Yanğından Mühafizə Xidməti, üçüncü yerə isə Mülki Müdafiə Qoşunlarının komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Vüsal Abbasov (Xüsusi Riskli Xilasetmə Xidməti) qazanıb. İkinci yeri Vaqif Pişiyari (Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti), üçüncü yeri isə Fuad Əliyev (Bakı Regional Mərkəzi) sahib olublar.

FHN-in İdman-sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çempionatda fərqlənənləri təbrik ediblər. Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......

Ardını oxu

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu

FHN-nin "Xilasedici" voleybol komandası turnirdə 4-cü qələbəsini qazanıb

8 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.  “Xilasedici” rəqibini asanlıqla məğlub edərək 3-0 (25:16, 25:17, 25:10) hesabı ilə......

Ardını oxu