Geri

FHN-in İdman-sağlamlıq mərkəzinin idmançıları mükafat qazanıblar

28-29 yanvar 2020-ci il tarixlərində Hövsan Olimpiya Kompleksində gənclər arasında güləş üzrə Bakı çempionatı keçirilib. Çempionat Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş  Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Yarışa 15 komandadan 240-dan çox  idmançı mübarizəyə qoşulub. FHN-in İdman-sağlamlıq mərkəzinin güləş komandası Mərkəzin əməkdaşları Elmir Qəmbərov və Namiq Sovdumzadənin rəhbərliyi altında yüksək nəticə göstəriblər. Belə ki, 97 kq çəki dərəcəsində Camal Abdulov və 87 kq çəki dərəcəsində Murquz İmamverdiyev yarışın gümüş, 70 kq çəki dərəcəsində İsbər Əkbərli isə bürünc medala layiq görülüblər. Qaliblərə Azərbaycan Güləş Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları təqdim olunub.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......

Ardını oxu

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu

FHN-nin "Xilasedici" voleybol komandası turnirdə 4-cü qələbəsini qazanıb

8 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.  “Xilasedici” rəqibini asanlıqla məğlub edərək 3-0 (25:16, 25:17, 25:10) hesabı ilə......

Ardını oxu