Geri

FHN-in "Xilasedici" voleybol komandası ilk qələbəsini qazanıb

25 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti oyunları keçirilib. Günün ilk oyununda "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gəlib.  Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət "Xilasedici" voleybol komandası ilk oyununu keçirərək çempionata qələbə ilə başlayıb. Komandamız əzmkar mübarizə apararaq liqanın lideri "Neftçi" klubunu 3:1 (26:24, 19:26, 25:23, 25:20) hesabı ilə məğlub edib. "Xilasedici"lər ilk 3 xal sayəsində liqada 4-cü yerə yüksəlib.

Qarşılaşmanı izləyənlər arasında Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev, Azərbaycan Voleybol Federasiyasının üzvləri də olub.

Qeyd edək ki Azərbaycan Yüksək Liqasında 9 komanda (“Xilasedici”, “Murov”, “Azərreyl”, “Neftçi”, “Express”, “MOİK”, “Gürcüstan” və “Sərhədçi”) mübarizə aparır. "Xilasedici" komandasının növbəti oyunu fevral ayının 2-də “Express” komandası ilə baş tutacaq. Qarşılaşma Sərhədçi Olimpiya İdman Kompleksində keçiriləcək.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......

Ardını oxu

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu

FHN-nin "Xilasedici" voleybol komandası turnirdə 4-cü qələbəsini qazanıb

8 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.  “Xilasedici” rəqibini asanlıqla məğlub edərək 3-0 (25:16, 25:17, 25:10) hesabı ilə......

Ardını oxu