Geri

Fövqəladə Hallar Nazirliyinin komandaları yeni qələbələr əldə edir

23-25 avqust 2019-cu il tarixlərində Türkiyənin Rizə şəhərində Karate üzrə Beynəlxalq turnir keçirilib. 12 ölkədən 1500-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin komandası İdman Sağlamlıq Mərkəzinin məşqçi müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər.

Komandanın üzvü Hacıyeva Fatma 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 5 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub. Komandanın digər üzvü Səfərov Əli 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 6 görüş keçirərək yarışın gümüş medalına layiq görülüb.

3 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançıları qəbul edərək, onları qazandıqları bu nəaliyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Bundan əlavə, 23-24 avqust 2019-cu il tarixlərində Yaponiyanın Tokio şəhərində 52 ölkədən 750 idmançının qatldığı Karate-Do üzrə 14-cü Dünya çempionatı keçirilib. Bu çempionatda Fövqəladə Hallar Nazirliyinin komandası Karate-Do Federasiyasının rəhbəri, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının İdman qəza-xilasetmə kafedrasının rəisi 7-ci dan qara kəmər sahibi professor Əhməd Hətəmovun rəhbərliyi altında 3 idmançımızla -  65  kq çəki dərəcəsində İmran Quluzadə, -74 kq çəki dərəcəsində Mehman Eynalov və +75 kq çəki dərəcəsində Fuad Əliyevlə təmsil olunub.

İdmançılarımız dünya çempionatında millimizi uğurla təmsil edərək, +75 kq çəki dərəcəsində Fuad Əliyev çempionatın qızıl, -74 kq çəki dərəcəsində Mehman Eynalov isə gümüş medalına sahib olublar.

5 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev Yaponiyanın Tokio şəhərində Karate-Do üzrə dünya çempionatında fəxri pillələrə yüksəlmiş idmançıları qəbul edərək, onları qazandıqları bu nəaliyyətlərə görə təbrik edib, gələcək yarışlara müvəffəqiyyətlər arzulayıb.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançıları mükafatlar qazanıblar

13-15 sentyabr 2019-cu il tarixlərində, Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib....

Ardını oxu

FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib

13-14 sentyabr 2019-ci il tarixlərində Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə gənclər arasında   “Vl Koreya Səfri Kuboku” yarışları keçirilib. ...

Ardını oxu

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə keçirilən çempionata yekun vurulub

11-13 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulub. ...

Ardını oxu