Geri

FHN-in əməkdaşı Azərbaycan Kubokunun qalibi olub

19-22 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə dünya çempionatına seçmə xarakterli Pauerliftinq idman növü üzrə Azərbaycan Kuboku yarışı keçirilib. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışları qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Poverliftinq idman növü üzrə 3 hərəkətin cəmində 635  kq və yerdən ağırlığı qaldırma Deadleft növü üzrə 255 kq nəticə ilə 1-ci yerə layiq görülüb. İdmançımız dünya çempionatına vəsiqə qazanıb. 

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı 3 qat Avropa və 4 qat Dünya çempionu, fəxri idman ustasıdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları növbəti uğura imza atıblar

22-24 noyabr 2019-cu il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə İkinci Dünya Çempionatı keçirilib. Çempionatda 22 ölkədən 500-dən çox idmançı mübarizə aparıb. ...

Ardını oxu

FHN-in karate komandası yeni uğurlar qazanmaqda davam edir

22-24 noyabr 2019-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 20-ci Respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı keçirilib. 36 komandadan 550-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin karate komandasının idmançıları......

Ardını oxu

FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər

20-22 noyabr 2019-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idman arenasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının kişilər və qadınlar arasında “Açıq Bakı çempionatı” keçirilib. ...

Ardını oxu