Geri

FHN-in İdman-Sağlamlıq Mərkəzinin idmançıları turnirdə mükafat qazanıblar

21-22 sentyabr 2019-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kyokuşin Karate Federasiyasının “Açıq Bakı turniri” keçirilib.

Yarışlarda 21 komandadan 160-dan yuxarı idmançı mübarizədə aparıb. Turnirə FHN-in İdman-Sağlamlıq Mərkəzinin komandası Mərkəzin məşqiçi müəllimi Qabil Sayadovun rəhbərliyi ilə 9 idmançı qatılıb.

Mərkəzin idmançıları yeniyetmələr arasında Lalə Mirkamal 40-kq, Xədicə Vəkilova 30-kq, Vüqar Sayadov 45-kq, Rüfət Hacıyev 50-kq çəki dərəcələrində rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıblar. Rəşad Rüstəmzadə 40-kq, İlkin Səmədov 40-kq, Elşən Şəhniyarov 45-kq, Xəyal Priyev 50-kq və gənclər arasında isə Sərfəz Səmədzadə 60-kq çəki dərəcələrində gümüş medala layiq görülüblər.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlar qazanmaqda davam edir

28-29 sentyabr 2019-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ...

Ardını oxu

FHN-in əməkdaşı Azərbaycan Kubokunun qalibi olub

19-22 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə dünya çempionatına seçmə xarakterli Pauerliftinq idman növü üzrə Azərbaycan Kuboku yarışı keçirilib....

Ardını oxu

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançıları mükafatlar qazanıblar

13-15 sentyabr 2019-cu il tarixlərində, Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib....

Ardını oxu