Geri

FHN-in İdman Sağlamlıq Mərkəzində FHN əməkdaşı olan çempionlarla görüş keçirilib

30 avqust 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Nazirliyin  Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib. Görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları- XRXX-nin N saylı hərbi hissəsinin xilasdicisi gizir Gözəl Zutovanı, DYMX-nin Nəsimi rayon N saylı bölməsinin yanğınsöndürəni çavuş Orxan Mehdiyevi və TTNDA-nın sürücüsü Şahmar Nəzərovu əldə etdikləri nailiyyətlər münasibətilə  görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, Gözəl Zutova 15-17 mart tarixlərində Azərbaycanda keçirilmiş MMA üzrə Avropa Çempionatında çempion adını qazanıb, 5 iyun tarixində Bakı şəhərində təşkil edilmiş Qızıl kəmər uğrunda Beynəlxalq turnirdə ən yüksək pilləyə yüksəlib. O, həmçinin Sərbəst güləş üzrə Dünya kubokunun sahibi, MMA üzrə Avropa və Dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibidir.  Gözəl Zutova 18 avqust 2019-cu il tarixində Gürcüstanda keçirilmiş MMA üzrə Beynəlxalq turnirdə 75 kq çəki dərəcəsində çempion olub. İdmançımız oktyabr ayında Koreyada keçiriləcək Sambo üzrə Dünya Çempionatına hazırlaşır.

Orxan Mehdiyev  22-25 avqust  2019-cu il tarixində Rumıniyanın Konstanta şəhərində keçirilmiş Kung Fu Sanda üzrə Dünya Çempionatında 65 kq çəki dərəcəsində iştirak edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. O, həmçinin 2016-cı il Macarıstanda keçirilmiş Kempo idman növü üzrə yarışda Dünya Kubokunun, 2017-ci il tarixində Portuqaliyada keçirilmiş Döyüş Növlərinin Dünya Çempionatında Kung Fu Sanda idman növü üzrə gümüş medalın sahibi olub.  

Şahmar Nəzərov 2017-ci il tarixində Portuqaliyada keçirilmiş Döyüş Növlərinin Dünya Çempionatında Kung Fu Sanda idman növü üzrə dünya çempionu adını qazanıb, Rumıniyanın Konstanta şəhərində keçirilmiş yarışda isə bürünc medalın sahibi olub. Orxan Mehdiyev  və Şahmar Nəzərov noyabr ayında  İtaliyada keçiriləcək  MMA üzrə Dünya çempionatına hazırlaşırlar.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançıları mükafatlar qazanıblar

13-15 sentyabr 2019-cu il tarixlərində, Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib....

Ardını oxu

FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib

13-14 sentyabr 2019-ci il tarixlərində Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə gənclər arasında   “Vl Koreya Səfri Kuboku” yarışları keçirilib. ...

Ardını oxu

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə keçirilən çempionata yekun vurulub

11-13 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulub. ...

Ardını oxu