Geri

FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib

13-14 sentyabr 2019-ci il tarixlərində Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə gənclər arasında   “Vl Koreya Səfri Kuboku” yarışları keçirilib.

Yarışlarda Bakı, Sumqayıt və Respublikanın müxtəlif bölgələrindən 15 komandadan 100-dən artıq idmançı mübarizəyə qatılıb. Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin komandası yarışlarda mərkəzin fiziki hazırlıq şöbəsinin inspektoru Avropa çempionu Elvin Məmmədov rəhbərliyi altında iştirak edib. Yarışlarda uğurlu çıxış edən Mərkəzin taekvondoçusu Eltac Qafarov 68-kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançı və məşqçisini qəbul edərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.

Digər məlumatlar

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlar qazanmaqda davam edir

28-29 sentyabr 2019-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ...

Ardını oxu

FHN-in əməkdaşı Azərbaycan Kubokunun qalibi olub

19-22 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə dünya çempionatına seçmə xarakterli Pauerliftinq idman növü üzrə Azərbaycan Kuboku yarışı keçirilib....

Ardını oxu