Geri

FHN-in İdman Sağlamlıq Mərkəzində çempion yanğınsöndürənlərlə görüş keçirilib

28 avqust 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.  Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları - Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon N saylı bölməsinin yanğınsöndürəni kiçik çavuş Əşrəf Bayramovu və DYMX Binəqədi rayon hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılovu əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, Əşrəf Bayramov 26 oktyabr 2017-ci il tarixində İtalyanın Karrara şəhərində keçirilmiş MMA döyüş növləri üzrə Dünya çempionatında gümüş medal qazanıb. Bundan əlavə, idmançımız 20 iyul 2019-cu il tarixində Gürcüstanın Batumi şəhərində keçirilmiş MMA üzrə professional döyüşdə 56 kq çəki dərəcəsində çıxış edib və erməni idmançıya qalib gələrək çempion olub. Aprel döyüşlərinin iştirakçısı olmuş, DYMX Binəqədi rayon hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov isə 23-25 avqust 2019-cu il tarixlərində Rumıniyada keçirilən Kung-fu Sanda üzrə Dünya Çempionatında 60 kq çəki dərəcəsində mübarizə apararaq qızıl medalın sahibi olub.

Digər məlumatlar

FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanmaqda davam edir

23-28 dekabr 2019-ci il tarixlərində Abşeron Olimpiya Kompleksində Azərbaycan Taekvondo Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmə, gənc və böyüklər arasında 30-cu Azərbaycan çempionatı  keçirilib. 75 komandadan 750-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin taekvondo komandasının idmançıları da iştirak edib. ...

Ardını oxu

FHN İdman-sağlamlıq mərkəzinin rəisi Füzuli Musayev Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olunub

22 dekabr 2019-cu il tarixində Dünya Şotokan Karate Federasiyasının (WSKF) Texniki komitəsinin qərarı ilə Avropa və Dünya çempionu Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev karatenin inkişafında xüsusi xidmətlərinə görə 8-ci dan (Şixan) qara kəmər dərəcəsinə layiq görülüb. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzinin idmançıları turnirdə mükafat qazanıblar

17-19 dekabr 2019-ci il tarixlərində Respublika Olimpiya İdman liseyində Azərbaycan Boks Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə uşaqlar arasında Bakı açıq birinciliyi keçirilib. 15 komandadan 100-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin boks komandasının idmançıları da iştirak edib. ...

Ardını oxu