Geri

FHN-in İdman-sağlamlıq mərkəzində görüş keçirilib

Braziliya hüquq mühafizə və güc sturukturlarının döyüş növləri üzrə təlimatçısı, Ciu-Citsu idman növü üzrə 5 dəfə dünya çempionu olmuş, Roys Qreys Azərbaycanda təşkil edilən Ciu-Citsu üzrə beynəlxalq seminarda iştirak edib. Səfər çərçivəsində 22 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinə gələn Roys Qreys mərkəzin rəisi polkovnik Füzuli Musayev və FHN Akademiyasının rəisi general-mayor Baba Salayevlə görüşüb.

O, FHN-in Akademiyası və İdman-sağlamlıq mərkəzinin kompleksi ilə yaxından tanış olub, Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində İdman kompleksində keçirilən Rusiya və Belarus komandaları arasındakı voleybol yarışına tamaşa edib.

Sonda qonağa İdman sağlamlıq mərkəzinin hədiyyələri təqdim edilib.

Digər məlumatlar

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlar qazanmaqda davam edir

28-29 sentyabr 2019-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ...

Ardını oxu

FHN-in əməkdaşı Azərbaycan Kubokunun qalibi olub

19-22 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə dünya çempionatına seçmə xarakterli Pauerliftinq idman növü üzrə Azərbaycan Kuboku yarışı keçirilib....

Ardını oxu