Geri

FHN-in İdman-sağlamlıq klubunun kompleksi 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırdır

Bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan Respublikasında daha bir mötəbər tədbir keçiriləcəkdir. Olimpiya hərəkatının dəyərləri və ideallarını gənclərə aşılamaq məqsədilə 20-28 iyul 2019-cu il tarixlərində Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı baş tutacaqdır. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növü bütün beynəlxalq standartlara cavab verən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında keçiriləcəkdir.

16 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və təşkilat komitəsinin nümayəndələri FHN-in İdman-sağlamlıq klubunun bazasına gələrək, hazırlıq işləri ilə yaxından tanış olublar. Onlar hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun kompleksinin cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, burada bir sıra idman tədbirləri keçirilib. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növünün FHN-in İdman-sağlamlıq klubunun arenasında keçirilməsi kompleksimizin yüksək beynəlxalq standartlara cavab verməsinin göstəricisi kimi fərəhləndirici bir haldır.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq mərkəzinin idmançısı beynəlxalq turnirdə mükafat qazanıb

19 oktyabr 2019-cu il tarixində Sloveniyanın Qradeç şəhərində Cüdo üzrə “Karoşka” açıq beynəlxalq turniri keçirilib. 23 ölkədən 520-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idmançısı Nigar Şahməmmədova Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 44 kq çəki......

Ardını oxu

FHN-in qurumları arasında voleybol üzrə çempionat keçirilib

21-25 oktyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında voleybol üzrə çempionat keçirilib. ...

Ardını oxu

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu