Geri

FHN-in İdman-sağlamlıq klubunun kompleksi 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırdır

Bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan Respublikasında daha bir mötəbər tədbir keçiriləcəkdir. Olimpiya hərəkatının dəyərləri və ideallarını gənclərə aşılamaq məqsədilə 20-28 iyul 2019-cu il tarixlərində Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı baş tutacaqdır. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növü bütün beynəlxalq standartlara cavab verən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında keçiriləcəkdir.

16 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və təşkilat komitəsinin nümayəndələri FHN-in İdman-sağlamlıq klubunun bazasına gələrək, hazırlıq işləri ilə yaxından tanış olublar. Onlar hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun kompleksinin cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, burada bir sıra idman tədbirləri keçirilib. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növünün FHN-in İdman-sağlamlıq klubunun arenasında keçirilməsi kompleksimizin yüksək beynəlxalq standartlara cavab verməsinin göstəricisi kimi fərəhləndirici bir haldır.

Digər məlumatlar

FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun əməkdaşı, yüngül atlet Zəkiyyə Həsənova daha bir mötəbər beynəlxalq yarışdan medalla dönüb. Zəkiyyə Həsənova növbəti uğuruna 10-11 avqust 2019-cu il tarixlərində Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında imza atıb. 13 ölkənin təmsil olunduğu çempionatın birinci günü idmançımız 100 m məsafəyə qaçışda......

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində görüş keçirilib

Braziliya hüquq mühafizə və güc sturukturlarının döyüş növləri üzrə təlimatçısı, Ciu-Citsu idman növü üzrə 5 dəfə dünya çempionu olmuş, Roys Qreys Azərbaycanda təşkil edilən Ciu-Citsu üzrə beynəlxalq seminarda iştirak edib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubunun yetirməsi beynəlxalq turnirdə uğurlu çıxış edib

8-11 iyul 2019-cu il tarixlərində Gürcüstan Respublikasının Batumi şəhərində kadet və yeniyetmələr arasında boks üzrə “BATUMİ-2019” beynəlxalq turnir keçirilib. ...

Ardını oxu