Geri

FHN-in İdman-sağlamlıq klubunun yetirməsi beynəlxalq turnirdə uğurlu çıxış edib

8-11 iyul 2019-cu il tarixlərində Gürcüstan Respublikasının Batumi şəhərində kadet və yeniyetmələr arasında boks üzrə “BATUMİ-2019” beynəlxalq turnir keçirilib. Çempionatda 27 komandadan 200-ə yaxın idmançı iştirak edib. Yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idmançısı 52- kq çəki dərəcəsində İdris Əhmədli 2-ci yerə layiq görülüb. İdmançılara İdman-sağlamlıq klubunun məşqçi müəllimi Vüqar Hüseynov rəhbərlik edib.

Digər məlumatlar

FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun əməkdaşı, yüngül atlet Zəkiyyə Həsənova daha bir mötəbər beynəlxalq yarışdan medalla dönüb. Zəkiyyə Həsənova növbəti uğuruna 10-11 avqust 2019-cu il tarixlərində Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında imza atıb. 13 ölkənin təmsil olunduğu çempionatın birinci günü idmançımız 100 m məsafəyə qaçışda......

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində görüş keçirilib

Braziliya hüquq mühafizə və güc sturukturlarının döyüş növləri üzrə təlimatçısı, Ciu-Citsu idman növü üzrə 5 dəfə dünya çempionu olmuş, Roys Qreys Azərbaycanda təşkil edilən Ciu-Citsu üzrə beynəlxalq seminarda iştirak edib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubunun kompleksi 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırdır

Bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan Respublikasında daha bir mötəbər tədbir keçiriləcəkdir. Olimpiya hərəkatının dəyərləri və ideallarını gənclərə aşılamaq məqsədilə 20-28 iyul 2019-cu il tarixlərində Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı baş tutacaqdır. ...

Ardını oxu