Geri

FHN əməkdaşlarının beşnövçülük üzrə respublika çempionatına yekun vurulub

12 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən Nazirlik əməkdaşları arasında beşnövçülük üzrə respublika çempionatına yekun vurulub. Yarışda FHN-in müxtəlif qurumlarını təmsil edən 18 komandanın 100-ə yaxın əməkdaşı iştirak edib.

8-12 iyul tarixlərində keçirilən yarışda idmançılar maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, xilasetmə üzgüçülüyü və dağa dırmanma mərhələləri üzrə bacarığlarını nümayiş etdiriblər.

Komanda hesabında 1-ci yeri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidməti, 3-cü yeri Xüsusi Riskli Xilasetmə Xidməti tutub.

Şəxsi nəticələrdə 1-ci yerə Mülkü Müdafiə Qoşunlarının əməkdaşı Muntəzir Əsgərov, 2-ci yerə FHN Akademiyasının əməkdaşı Elmir Əhədov, 3-cü yerə isə Tikintidə Təhlükəsizliyə Nəzarət və Dövlət Agentliyinin əməkdaşı Məmməd Cəfərzadə sahib olub

Mükafatlandırma mərasimində çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançıları təbrik edərək, ölkəmizdə hər il keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən danışıb, idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs ediblər.

Sonda qaliblərə diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.







Digər məlumatlar

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlar qazanmaqda davam edir

28-29 sentyabr 2019-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ...

Ardını oxu

FHN-in əməkdaşı Azərbaycan Kubokunun qalibi olub

19-22 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə dünya çempionatına seçmə xarakterli Pauerliftinq idman növü üzrə Azərbaycan Kuboku yarışı keçirilib....

Ardını oxu