Geri

FHN-in əməkdaşı növbəti dəfə qızıl medal qazanıb

1 iyun 2019-cu il tairixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Poverlifting idman növü üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.

“Zirvə” idman kompleksində təşkil olunan turnirdə Azərbaycan, Türkiyə və İranı təmsil edən 150-dən çox idmançı mübarizə aparıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov 75 kq çəki dərəcəsində yarışa qatılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Poverliftinq idman növü üzrə 3 hərəkətin cəmində 670 kq və yerdən ağırlığı qaldırma Deadleft növü üzrə 277.5 kq nəticə ilə turnirin rekordunu yeniləyərək qızıl medalın sahibi olub.

Onu da qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı 3 qat Avropa və 4 qat dünya çempionu, fəxri idman ustasıdır.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......

Ardını oxu

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu

FHN-nin "Xilasedici" voleybol komandası turnirdə 4-cü qələbəsini qazanıb

8 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.  “Xilasedici” rəqibini asanlıqla məğlub edərək 3-0 (25:16, 25:17, 25:10) hesabı ilə......

Ardını oxu