Geri

Fövqəladə Hallar Nazirliyinin daha bir əməkdaşı yeni uğura imza atıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neft müəssisələri üzrə N saylı Yanğından Mühafizə Hissəsinin növbə rəisi daxili xidmət mayoru İlqar Ələkbərov yeni bir uğura imza atıb. Əməkdaşımız 24-26 may 2019-cu il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Karate üzrə Dünya çempionatında 3-cü yeri qazanıb.

Qeyd edək ki, İlqar Ələkbərov bir sıra beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edərək bayrağımızı yüksəklərə qaldırıb. O, bu gün Ukraynanın Xarkov şəhərində start götürən Avropa çempionatında da ölkəmizi təmsil edəcək.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançımızı uğurlu nəticəyə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

 

Digər məlumatlar

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlar qazanmaqda davam edir

28-29 sentyabr 2019-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ...

Ardını oxu

FHN-in əməkdaşı Azərbaycan Kubokunun qalibi olub

19-22 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə dünya çempionatına seçmə xarakterli Pauerliftinq idman növü üzrə Azərbaycan Kuboku yarışı keçirilib....

Ardını oxu