Geri

FHN-in İdman-sağlamlıq klubunun idmançısı qələbə qazanıb

27-31 may 2019-cu il tarixlərində Uşaq Gənclər İdman Mərkəzində 28 may -Respublika Gününə həsr olunmuş Boks üzrə “Baku FİGHT LAB” İdman klubunun açıq birinciliyi keçirilib. Yarışda 15 klubdan 330-dan çox idmançı iki yaş qrupunda (2005-2006 və 2007-2008-ci illər) mübarizə aparıb. Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun idmançısı bu birincilikdə böyük nailiyyət əldə edib. 32 kq çəki dərəcəsində mübarizə aparan Dəniz Mirağayev 1-ci yerə layiq görülüb. Yarışda idmançıya FHN İdman-sağlamlıq klubunun məşqçi-müəllimi İlkin Ağayev rəhbərlik edib.

İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qalibi təbrik edərək ona beynəlxalq yarışlarda da uğurlar arzulayıb.

 

 

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......

Ardını oxu

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu

FHN-nin "Xilasedici" voleybol komandası turnirdə 4-cü qələbəsini qazanıb

8 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.  “Xilasedici” rəqibini asanlıqla məğlub edərək 3-0 (25:16, 25:17, 25:10) hesabı ilə......

Ardını oxu