Geri

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda Milli Qurtuluş gününə həsr edilmiş karate üzrə birincilik və seminar keçirilib

11-12 iyun 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin kompleksində 15 iyun Milli Qurtuluş Gününə həsr edilmiş Karate üzrə seminar və uşaq, yeniyetmə və gənclər arasında Xətai rayon açıq birinciliyi keçirilib. Sözügedən tədbir İdman-sağlamlıq Mərkəzinin kompleksində ilk dəfə olaraq təşkil edilib. Seminar və birincilik

Arpaçay Karate Klubunun təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin İdman- Sağlamlıq Mərkəzinin və Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Yarışın ilk günündə Karate Federasiyaları Assosiasiyasının və Taekvando Federasiyasının 1-ci vitse-prezidenti, ikiqat dünya çempionu, 7-ci dan qara kəmər sahibi Füzuli Musayev tərəfindən idmançılar üçün seminar keçirilib. Seminarda 250-dən çox yeniyetmə və gənc iştirak edib.

Növbəti gün keçirilən yarışlarda isə Azərbaycan Respublikasının 11 regionundan, Bakı şəhərindən (10 komanda) və Rusiya Federasiyasından olan komandalar güclərini sınayıblar. Ümumilikdə birincilikdə 300-ə yaxın idmançı iştirak edib.

Yarışın açılış mərasimində ulu öndər Heydər Əliyevin xatirəsi və Azərbaycan Respublikasının suverenliyi və torpaqları uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Pənah İmanov açılış nitqi söyləyərək idmançıları təbrik edib, uğurlar arzulayıb. Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin və Arpaçay Karate Klubunun nümayəndələrinin nümunəvi çıxışlarından sonra birinciliyin təşkilində fəallıq göstərən şəxslər Xətai rayon İcra Hakimiyyətinin fəxri fərmanlarıyla təltif ediliblər. Mərkəzi rəisi polkovnik Füzuli Musayev də yarışların və seminarın təşkilinə verdiyi hərtərəfli dəstəyə görə Xətai rayon İcra Hakimiyyətinin fəxri fərmanına layiq görülüb.

Yarış qaliblərin mükafatlandırılması mərasimi ilə başa çatıb.

Digər məlumatlar

FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər

4-8 dekabr 2019-cu il tarixlərində Rusiyanın paytaxtı Moskvada WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları növbəti uğura imza atıblar

22-24 noyabr 2019-cu il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə İkinci Dünya Çempionatı keçirilib. Çempionatda 22 ölkədən 500-dən çox idmançı mübarizə aparıb. ...

Ardını oxu

FHN-in karate komandası yeni uğurlar qazanmaqda davam edir

22-24 noyabr 2019-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 20-ci Respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı keçirilib. 36 komandadan 550-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin karate komandasının idmançıları......

Ardını oxu