Geri

FHN-in əməkdaşı Dünya Qran-prisində 1-ci yeri qazanıb

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun əməkdaşı, paralimpiyaçı, nizə atma üzrə yüngül atlet İrada Əliyeva 7- 9 iyun 2019-cu il tarixlərində İtaliyada keçirilən Dünya Paratletika Qran-prisində 42.84 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, idmançımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək Azərbaycan bayrağını yüksəklərə qaldırıb. İrada Əliyeva 2015-ci il XV Yay Paralimpiya oyunlarında çıxış edərək F12 növündə mübarizə aparıb və 42.58 metr nəticə ilə gümüş medala sahib olub. Eyni zamanda əməkdaşımız 2016-cı ildə Braziliyada baş tutmuş Rio-de- Janeyro Paralimpiyadasında gümüş medal qazanıb.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......

Ardını oxu

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu

FHN-nin "Xilasedici" voleybol komandası turnirdə 4-cü qələbəsini qazanıb

8 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.  “Xilasedici” rəqibini asanlıqla məğlub edərək 3-0 (25:16, 25:17, 25:10) hesabı ilə......

Ardını oxu