Geri

Azərbaycan rekordçusu FHN-in İdman Sağlamlıq Klubunun şərəfini qoruyacaq

Yüngül atletikanın üç məsafəsinə (distansiya) qaçış üzrə (60 m, 100 m, 200 m) Azərbaycan rekordçusu Həsənova Zəkiyyə Hüseyn qızı Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubuna üzv qəbul edilib.

Zəkiyyə Həsənova 2017-ci ildə Azərbaycanda keçirilən “İslam Oyunları”nda iştirak edərək 100 m və 200 m məsafədə (1956-cı il rekordu) Respublika rekordçusu adına layiq görülüb. İdmançımız ötən il 18 ölkənin qatıldığı Lixtenşteynin Şan şəhərində keçirilmiş “Kiçik dövlətlər arasında Avropa çempionatı”nda 100 m məsafəni 11.61 saniyəyə qaçaraq gümüş medalın və 200 m məsafəni isə 23.56 saniyəyə qaçaraq qızıl medalın sahibi olub.

Bundan əlavə, Zəkiyyə Həsənova 2019-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş “Balkan çempionatında” 60 m məsafəni 7,37 saniyəyə qaçaraq yeni Azərbaycan rekorduna imza atıb. Eyni vaxtda yüngül atletika üzrə İstanbulda keçirilən digər bir yarışa qatılan rekrodçumuz 60 m məsafəni 7,45 saniyə nəticə ilə başa vuraraq bürünc medal qazanıb.

Hazırda idmançımız 7-8 iyun tarixlərində keçiriləcək Azərbaycan çempionatına, daha sonra isə İtaliyada keçiriləcək Universiadaya böyük həvəslə hazırlaşır.

Digər məlumatlar

FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun əməkdaşı, yüngül atlet Zəkiyyə Həsənova daha bir mötəbər beynəlxalq yarışdan medalla dönüb. Zəkiyyə Həsənova növbəti uğuruna 10-11 avqust 2019-cu il tarixlərində Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında imza atıb. 13 ölkənin təmsil olunduğu çempionatın birinci günü idmançımız 100 m məsafəyə qaçışda......

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində görüş keçirilib

Braziliya hüquq mühafizə və güc sturukturlarının döyüş növləri üzrə təlimatçısı, Ciu-Citsu idman növü üzrə 5 dəfə dünya çempionu olmuş, Roys Qreys Azərbaycanda təşkil edilən Ciu-Citsu üzrə beynəlxalq seminarda iştirak edib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubunun kompleksi 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırdır

Bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan Respublikasında daha bir mötəbər tədbir keçiriləcəkdir. Olimpiya hərəkatının dəyərləri və ideallarını gənclərə aşılamaq məqsədilə 20-28 iyul 2019-cu il tarixlərində Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı baş tutacaqdır. ...

Ardını oxu