Geri

FHN-in İdman-sağlamlıq klubunun idmançıları çempionatda qələbə qazanıblar

25 may 2019-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Ashihara Karate Federasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arası növbəti respublika çempionatı keçirilib. Çempionata 15 komandadan 220-yə yaxın idmançı qatılıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idmançıları böyük nailiyyətlər əldə ediblər. İdmançılar arasında 40 kq çəki dərəcəsində Lalə Mirkamal, Elşən Şəhniyrov, 50 kq-da Rüfət Hacıyev qızıl medala layiq görülüb. 30 kq-da Xədicə Vəlikova, 40 kq-da İlkin Səmədov, 55 kq-da Məhəmməd İsmayılov və 60 kq çəki dərəcəsində Ərşad Səfərov, Münəvvər Zeynalov gümüş medala layiq görülüb.Yarışda idmançılara İdman-sağlamlıq klubunun məşqçi-müəllimi Qabil Sayadov rəhbərlik edib.

 

Digər məlumatlar

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlar qazanmaqda davam edir

28-29 sentyabr 2019-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ...

Ardını oxu

FHN-in əməkdaşı Azərbaycan Kubokunun qalibi olub

19-22 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə dünya çempionatına seçmə xarakterli Pauerliftinq idman növü üzrə Azərbaycan Kuboku yarışı keçirilib....

Ardını oxu