Geri

FHN İdman-sağlamlıq mərkəzinin rəisi Füzuli Musayev Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olunub

22 dekabr 2019-cu il tarixində Dünya Şotokan Karate Federasiyasının (WSKF) Texniki komitəsinin qərarı ilə Avropa və Dünya çempionu Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev karatenin inkişafında xüsusi xidmətlərinə görə 8-ci dan (Şixan) qara kəmər dərəcəsinə layiq görülüb.

Qeyd edək ki, Füzuli Musayev, Hərbçilərin və Hüquq-Mühafizə orqanlarının İdman Assosiyasiyasının prezidenti, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidentidir. Karate üzrə 2 qat Dünya çempionu, Avropa çempionu, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuş,  “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, "Əməkdar İdman ustası" fəxri adları ilə təltif olunan Füzuli Musayevin rəhbərliyi dövründə karateçilərimiz Avropa və Dünya çempionu adını qazanıb.

Digər məlumatlar

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu

FHN-nin "Xilasedici" voleybol komandası turnirdə 4-cü qələbəsini qazanıb

8 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.  “Xilasedici” rəqibini asanlıqla məğlub edərək 3-0 (25:16, 25:17, 25:10) hesabı ilə......

Ardını oxu

FHN-in "Xilasedici" voleybol komandası turnir cədvəlində vahid liderliyə yüksəlib

4 fevral 2020-ci il tarixində “Sərhəçi” Olimpiya İdman Mərkəzinin arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "MOİK" komandaları üz-üzə gəlib. ...

Ardını oxu