Geri

FHN-in İdman-sağlamlıq mərkəzinin idmançıları turnirdə mükafat qazanıblar

17-19 dekabr 2019-ci il tarixlərində Respublika Olimpiya İdman liseyində Azərbaycan Boks Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə uşaqlar arasında Bakı açıq birinciliyi keçirilib. 15 komandadan 100-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin boks komandasının idmançıları da iştirak edib.

FHN-in komandası turnirdə İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant İlkin Ağayevin rəhbərliyi altında yüksək nəticələr göstəriblər. Komandanın üzvləri Tamerlan İmanzadə 25 kq, Nihat Süleymanov 38 kq çəki dərəcələrində döyüş keçirərək qızıl medalın sahibi olublar. Dəniz Mirağayev 35 kq və İbrahim Quliyev 48 kq çəki dərəcələrində yarışın gümüş medalını qazanıblar. Yarışın qaliblərinə Azərbaycan Boks Federasiyasının dimpol və medalları təqdim olunub.

15-22 dekabr 2019-ci il tarixlərində Bakı Əl oyunları idman sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Kyokuşin Karate Federasiyasının təşkilatçılığı ilə Kyoukşin üzrə 21-ci Azərbaycan çempionatı  keçirilib.

Yarışda 30 komandadan 350-dən yuxarı idmançı mübarizə aparıb. Turnirə FHN-in İdman-Sağlamlıq Mərkəzinin komandası Mərkəzin məşqçi müəllimi Qabil Sayadovun rəhbərliyi ilə 27 idmançı qatılıb.

Mərkəzin idmançıları uşaqlar və yeniyetmələr arasında kumite və kata yarışlarında Lalə Mirkamal 40 kq (2 qızıl), Xədicə Vəkilova 35 kq, Skorik Sofiya 20 kq, Quliyev Murad 30 kq, Fərəcov Zamin 40 kq, Hacıyev Rüfət 50 kq, Mixail Skorik 35 kq, Vüqar Sayadov 45 kq, Qulamov Turan 65 kq, İbrahimova Sabina 70 kq çəki dərəcələrində rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıblar. Kumite yarışında Asena İbrahimova 20 kq, İlkin Səmədov 40 kq, Elşən Şəhniyarov 45 kq, Asim Əliyev 60 kq çəki dərəcələrində yarışın gümüş, Mixail Skorik 35 kq, Vüqar Sayadov 50 kq, Yusif Məlikli 65 kq, İsmayıl Bayramov 60 kq, Məhəmməd İsmayılov 60 kq, Toğrul Nurətdinov 55 kq, Turan Qulamov 60 kq, Xədicə Vəkilova 35 kq, Murad Quliyev 30 kq çəki dərəcələrində yarışın bürünc medalları ilə kifayətləniblər. Ümumilikdə FHN-in Kyoukşin komandası 11 qızıl, 6 gümüş və 9 bürünc medal qazanaraq komanda üzrə 1-ci yerə  layiq görülüblər.

Digər məlumatlar

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu

FHN-nin "Xilasedici" voleybol komandası turnirdə 4-cü qələbəsini qazanıb

8 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.  “Xilasedici” rəqibini asanlıqla məğlub edərək 3-0 (25:16, 25:17, 25:10) hesabı ilə......

Ardını oxu

FHN-in "Xilasedici" voleybol komandası turnir cədvəlində vahid liderliyə yüksəlib

4 fevral 2020-ci il tarixində “Sərhəçi” Olimpiya İdman Mərkəzinin arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "MOİK" komandaları üz-üzə gəlib. ...

Ardını oxu