Geri

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları növbəti uğura imza atıblar

22-24 noyabr 2019-cu il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə İkinci Dünya Çempionatı keçirilib. Çempionatda 22 ölkədən 500-dən çox idmançı mübarizə aparıb.

Yarışlarda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yüksək nəticələr göstəriblər. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin N saylı hissəsinin baş yanğınsöndürəni daxili xidmət çavuşu, Kunq-fu Sanda üzrə Respublika üçüncüsü, Alpaqut üzrə ikiqat Azərbaycan çempionu Useynov Tural 74 kq çəki dərəcəsində Alpaqut döyüşünün Caymaz və Batur (MMA) növlərində 1-ci yerə, DYMX-nin Bakı şəhəri Neft emalı müəssisələrinin mühafizəsi üzrə yanğından mühafizə dəstəsinin N saylı yanğın hissəsinin yanğınsöndürəni daxili xidmət sıravisi,  Qriplinq üzrə Respublika çempionu Fərid Nəsirov 70 kq çəki dərəcəsində Alpaqut döyüşünün Batur (MMA) növündə 2-ci yerə, Dövlət Yanğından Mühafizə Xidmətinin N saylı hissəsinin yanğınsöndürəni daxili xidmət çavuşu Abbas Abbaslı Alpaqut döyüşünün Batur (MMA) növündə- 2-ci yerə və Qurşaq sistemində (Qriplinq) 3-cü yerə,  Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcı daxili xidmət çavuşu, Alpaqut idman növü üzrə Avrasiya kubokunun qalibi, Dünya çempionu Elvin Mirzəyev 60 kq çəki dərəcəsində Alpaqut döyüşünün Caymaz növündə 1-ci yerə çıxıblar..

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qazandıqları nailiyyətlərə görə təbrik edib, növbəti yarışlarda  müvəffəqiyyətlər arzulayıb.

Digər məlumatlar

FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanmaqda davam edir

23-28 dekabr 2019-ci il tarixlərində Abşeron Olimpiya Kompleksində Azərbaycan Taekvondo Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmə, gənc və böyüklər arasında 30-cu Azərbaycan çempionatı  keçirilib. 75 komandadan 750-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin taekvondo komandasının idmançıları da iştirak edib. ...

Ardını oxu

FHN İdman-sağlamlıq mərkəzinin rəisi Füzuli Musayev Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olunub

22 dekabr 2019-cu il tarixində Dünya Şotokan Karate Federasiyasının (WSKF) Texniki komitəsinin qərarı ilə Avropa və Dünya çempionu Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev karatenin inkişafında xüsusi xidmətlərinə görə 8-ci dan (Şixan) qara kəmər dərəcəsinə layiq görülüb. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzinin idmançıları turnirdə mükafat qazanıblar

17-19 dekabr 2019-ci il tarixlərində Respublika Olimpiya İdman liseyində Azərbaycan Boks Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə uşaqlar arasında Bakı açıq birinciliyi keçirilib. 15 komandadan 100-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin boks komandasının idmançıları da iştirak edib. ...

Ardını oxu